DÜNYA


Ağac əkən pilotsuz uçan aparat yaradılıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Dünyada bir çox ərazilər var ki, orada insan yaşaya bilməz. Amma həmin ərazilərdə ağac əkmək mümkündür. Əsas problem belə ərazilərə getməyin çətinliyi ilə bağlıdır. Belə ki, həmin yerlərə işçilər göndərmək böyük xərc tələb edir. Bu problemi həll etmək üçün ağac əkə bilən pilotsuz uçan aparat yaradılıb.

AZƏRTAC “fainaidea.com” saytına istinadən xəbər verir ki, ərazinin “3D” formatında olan xəritəsi ilə işləyən “DroneSeed” şirkətinin istehsalı olan pilotsuz uçan aparat ağac əkmək üçün müvafiq yeri müəyyənləşdirir. Ağac əkməzdən əvvəl dron torpağı emal edir. Bundan sonra “DroneSeed” adlı pilotsuz uçan aparat sıxılmış havanın köməyi ilə saatda 384 kilometr sürətlə torpağa şitil və ya toxum tullayır. Şirkətin məlumatına görə, bu üsulla saatda 800-dək ağac toxumu əkmək olar. Müqayisə üçün bildirək ki, insan gün ərzində yalnız 800 ağac toxumu əkə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.