CƏMİYYƏT


Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Bakının Nərimanov rayonundakı Əliyar Əliyev küçəsi, 25 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ünvanda diametri 40 santimetr olan tut və diametri 25 santimetr olan sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkarlanıb. Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon icra hakimiyyətinə və polis idarəsinə müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.