CƏMİYYƏT


Ağacların kəsilməsinə göstəriş verən vəzifəli şəxs cərimələndi

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonu, Məhəmməd Hadi-41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin ünvanda müxtəlif cinsli ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkarlanıb. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 min manat məbləğində cərimələnib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.