REGİONLAR
Ağcabədi rayonunda kənd xəstəxanası istifadəyə verilib VİDEO
Ağcabədi, 15 dekabr, AZƏRTAC
Ağcabədi rayonunun Aran kəndində əsaslı təmir olunan 15 çarpayılıq kənd sahə xəstəxanası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov və başqaları çıxış edərək, kənd sakinlərini təbrik edib, bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Kənd sakinləri ölkəmizdə səhiyyənin inkişafına, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılar xəstəxanada yaradılan şəraitlə tanış olublar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.