CƏMİYYƏT


Ağcabədi rayonunda mina və partlamamış  hərbi sursatlar aşkar olunub

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 30-da Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62 minasının partladıcısı (MVZ-62) və 2 ədəd UZRQM partladıcısının pirotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Agentlik tərəfindən 2017-ci il yanvarın 1-dən iyunun 30-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 166 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 min 783 ədəd partlamamış hərbi sursat, 192 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 milyon 626 min 855 kvadratmetr ərazi (706 min 548 kvadratmetr əl ilə, 1 milyon 595 min 140 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2 milyon 212 min 167 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.