REGİONLAR
Ağcabədi rayonunun Hindarx qəsəbəsinə təbii qaz verilib VİDEO
Ağcabədi, 25 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Noyabrın 25-də Ağcabədi rayonunun ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, indiyədək Ağcabədi şəhərinə, rayonun 17 kəndinə və 4 qəsəbəsinə təbii qaz verilib. 2010 abonenti olan Hindarx qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 153,7 kilometr müxtəlif diametrli qaz xətləri çəkilib, hər bir abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər kəndə qaz çəkilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]