REGİONLAR


Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 640 şagird yerlik məktəb binası inşa edilir

Ağcabədi, 14 fevral, AZƏRTAC

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 640 şagird yerlik məktəb binası inşa edilir.

AZƏRTAC xəbər verir ki, iki korpusdan ibarət məktəbdə tarix, coğrafiya, xarici dil, Azərbaycan dili, ədəbiyyat, biologiya, riyaziyyat, informatika, fizika, kimya, hərbi hazırlıq, əmək təlimi kabinələri, sinif otaqları, laboratoriyalar, ağac və metal emalı emalatxanaları, kitabxana, akt zalı, bufet, mətbəx, laborant və həkim otaqları, xidməti otaqlar yaradılacaq. Məktəbin həyətində geniş abadlıq işləri aparılacaq, idman meydançası inşa ediləcək.

Artıq məktəbin birmərtəbəli korpusunda hörgü işləri başa çatıb, binanın damı vurulub. Hazırda döşəmə və tavan işləri görülür. Üçmərtəbəli korpusda isə hörgü və suvaq işləri aparılır, çardaq vurulur. Məktəbin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, son 10 ildə Ağcabədi rayonunda 10 min 900 şagird yerlik 35 yeni məktəb binası və 380 şagird yerlik 19 əlavə sinif otağı tikilib, 6.208 şagird yerlik 14 məktəb əsaslı təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.