RƏSMİ XRONİKA
Ağcabədi şəhərində Ulu Öndərin abidəsini ziyarət VİDEO
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev meydanı tamamilə yenidən qurulmuşdur. Burada abadlıq işləri aparılmış, 6,7 min kvadratmetr əraziyə dekorativ plitələr döşənmiş, qarşı hissədəki hasar milli memarlıq üslubunda tikilmişdir. İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.03.2024 [13:50]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 18.03.2024 [12:44]