CƏMİYYƏT


Ağcabədi və Tərtər rayonlarında partlamamış hərbi sursat və qalıqları aşkar edilib

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyulun 31-də Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Agentlikdən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 min kvadrat metr ərazi yoxlanılıb.

Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış olub, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8 min kvadrat metr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 31-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. Aşkar olunan 3 468 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin ərazilərində əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.