CƏMİYYƏT


Ağcabədi və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar edilib VİDEO

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş partlamamış hərbi sursat haqqında hesabat yayıb.

Agentlikdən AZƏRTAC-a bildirilir ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və “102” Xidməti-Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayının içərisində və Tərtər rayonu Şıxarx kəndi ərazisində partlamamış mərmlərin aşkarlanması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin ərazilərə göndərilib.

Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aşkar olunmuş partlamış top mərmisinin ballistik qapağı və partlamamış hərbi sursat (O-412, 100 mm-lik top mərmisi) götürülərək, zərərləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.