CƏMİYYƏT


Ağcabədidə “112 Zəng Mərkəzi”nə yalan məlumat verən şəxs saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 4-də saat 1.00 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə Fövqəladə Hallar Nazirliyindən naməlum şəxsin zəngi barədə məlumat daxil olub. Məlumatda bir nəfərin özünü təqdim etmədən “bomba var” sözlərini deyərək dəstəyi asması bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.

Bu barədə ərazi aidiyyəti üzrə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı Nurlan Cəbrayılov olması müəyyən edilib və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, cari il martın 16-da isə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilib. Məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.