REGİONLAR


Ağcabədidə 17 tondan çox barama tədarükü gözlənilir

Ağcabədi, 2 iyun, AZƏRTAC

Bir neçə gündür ki, Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 1328 kiloqram məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun 36 yaşayış məntəqəsində 228 ailə tərəfindən 350 qutu (6650 qram) ipəkqurdu bəslənilib. Ən çox məhsul Taynaq, Boyat, Salmanbəyli, Şənlik, kəndlərində, Hindarx qəsəbəsində olub. Cari mövsümdə Ağcabədidə 17,5 ton barama tədarük ediləcəyi gözlənilir.

Pərioğullar kəndindən olan kümçü Şakir Rəhimov bildirib ki, bu il 192 kiloqram məhsul istehsal edib və növbəti illərdə də ipəkqurdu bəsləyəcək.

Qeyd edək ki, ötən il rayon kümçüləri 80 qutu ipəkqurdu toxumu yetişdirib, 3675 kiloqram yaş barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.