REGİONLAR


Ağcabədidə 4 min tondan artıq pambıq tədarük edilib

A+ A

Ağcabədi, 31 oktyabr, AZƏRTAC

Ağcabədi rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımını davam etdirir. Pambıq həm əl əməyi, həm də maşınlar vasitəsilə yığılır. Rayon statistika idarəsindən verilən məlumata görə bu günədək 4092 ton 797 kiloqram məhsul tədarük edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2124,8 ton və ya 2,1 dəfə çoxdur. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC-yə təhvil verilir.

Qeyd edək ki, bu il Ağcabədi rayonunda ötən illə müqayisədə 2,5 dəfə çox - 3661 hektar sahədə pambıq becərilib. Rayonda pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Artıq gələcək əkinlər üçün hazırlıq işlərinə başlanılıb, əkiləcək pambıq sahələri müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.