REGİONLAR


Ağcabədidə 728 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək

A+ A

Ağcabədi, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Subartezian quyularının istismarı idarəsindən AZƏRTAC-a bildiriblər ki, idarənin balansında olan subartezian quyularının 903-ü əkin və həyətyanı sahələrin suvarılmasında, 95-i isə içməli su kimi istifadə olunur. Prezident İlham Əliyevin ötən il dekabrın 15-də və bu il iyulun 1-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlarına əsasən, 2016-cı ildə rayonun Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Rəncbərlər, Salmanbəyli, Sarıcalı, Hindarx, Hüsülü, Bala Kəhrizli kəndlərinin hərəsində bir ədəd yeni subartezian quyusu qazılıb. İlin sonunadək rayonun kəndlərində daha 9 subartezian quyusu qazılacaq. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 728 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Bundan başqa ilin əvvəlindən idarə tərəfindən 14 ədəd subartezian quyusu əsaslı, 550 ədəd nasos təmir edilib. Həyata keçirilən tədbirlər nəticəsində 903 subartezian quyusu vasitəsilə 32 min hektar əkin sahəsi 3 dəfə suvarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.