CƏMİYYƏT


Ağcabədidə “Zərərli dini təriqətlərə qarşı mübarizə” mövzusunda dini maarifləndirici seminar keçirilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə” mövzusunda dini maarifləndirici seminar keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Ağcabədi rayon prokuroru Salman Səmədov, rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi Natiq Zamanov, rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynov, səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndəsi iştirak ediblər.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov tədbiri açaraq mövzu ilə bağlı çıxış edib, zərərli dini təriqətlərin yayılmasına qarşı belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Salman Səmədov zərərli dini təriqətlər və onların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumat verib.

Sonra N.Mustafayeva, Ə.Nəcəfov məruzə ətrafında çıxış ediblər.

Seminarın sonunda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.