REGİONLAR


Ağcabədidə "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı" mövzusunda treninq keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Ekoloji cəhətdən təmiz kənd təsərrüfatının inkişafı" və "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı" mövzularında treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, brend məhsullar və belə məhsulların bazarlara çıxarılması, "Made in Azerbaijan" brendi və s. barədə məlumat verilib. Bununla yanaşı, apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq iştirakçıları, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.