REGİONLAR


Ağcabədidə aztəminatlı və əlilliyi olan uşaqlar göz müayinəsindən keçirilib

A+ A

Ağcabədi, 17 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi və “Azercell”in Mobil Göz klinikası tərəfindən Ağcabədi rayonunda aztəminatlı və əlilliyi olan uşaqlar üçün təmənnasız göz müayinəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində 6-12 yaş arası ümumilikdə 40-dan çox uşaq və yeniyetmə həkimlər tərəfindən profilaktiki yoxlamadan keçirilib və onlar üçün müayinə kursu təyin olunub.

"Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, uşaqların inkişaf, sağlamlıq və müdafiə hüquqlarının qorunmasının təşkilidir. Bundan başqa, uşaqlar üçün məktəbəqədər tədris metodikası tətbiq olunaraq onların intellektual, fiziki və psixoloji inkişafına şərait yaradılacaq.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin, UNICEF-in Azərbaycandakı ofisinin, Avropa İttifaqının, Azərbaycan hökumətinin, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə reallaşdırdığı "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.