REGİONLAR
Ağcabədidə buğda sahələrində məhsuldarlıq 38,2, arpa zəmilərində isə 28,8 sentner təşkil edir
Ağcabədi, 30 iyun, AZƏRTAC
Ağcabədi rayonunda taxıl biçini uğurla davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov AZƏRTAC-a bildirib ki, bu günədək 3543 hektarda arpa, 6760 hektarda buğda biçilib, 36 min 24 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 38,2 sentner, arpa zəmilərində isə 28,8 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 18 min 725 hektar sahədə taxıl becərilib. Bunun 15 min 160 hektarı buğda, 3565 hektarı arpa zəmiləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]