CƏMİYYƏT


Ağcabədidə ev, qaraj və minik avtomobili yanıb

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Ağcabədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində rayonun Mehrablı kəndində ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı ev yararsız vəziyyətə düşüb. Bundan başqa evə bitişik 28 kvadratmetr olan qaraj və içərisindəki “VAZ” markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.