REGİONLAR


Ağcabədidə keçirilən aksiyalarda 8836 həmişəyaşıl ağac əkilib

Ağcabədi, 15 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirdiyi ağacəkmə aksiyalarında 8836 həmişəyaşıl ağac əkilib.

AZƏRTAC xəbər verir ki, aksiyaların keçirilməsində məqsəd yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Aprelin əvvəlindən başlayan aksiya zamanı 94 ərazi ilk partiya təşkilatının hər biri tərəfindən 94 ədəd həmişəyaşıl ağac əkilib. Əkilən ağacların dibinə dayaqlar basdırılıb, iplə bağlanaraq suvarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.