REGİONLAR
Ağcabədidə keçirilən intellektual yarışda rayonun 14 komandası mübarizə aparıb
Ağcabədi, 23 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü münasibətilə Ağcabədi Pedaqoji Kollecində intellektual oyun üzrə gənclər arasında yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının, gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 14 komanda mübarizə aparıb.
Rayon gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın ölkəmizin ictimai-siyasi həyatında yeri və rolundan danışıb.
Beş turda keçirilən yarışda iştirakçılar əsasən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, YAP-ın yaranması, Azərbaycan tarixi ilə bağlı sualları cavablandırıblar.
Daha yaxşı nəticə göstərən beş komanda yarışın final mərhələsinə vəsiqə qazanıb. Finalda qalib gələn komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.