REGİONLAR


Ağcabədidə keçirilən kitab bayramında 2 minədək nəşr nümayiş etdirilib

Ağcabədi, 1 iyun, AZƏRTAC

Ağcabədi rayon mədəniyyət mərkəzində keçirilən kitab bayramında 2 minədək kitab və elektron nəşr nümayiş etdirilib. “Azərbaycanın özü qədər əbədi”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Ağcabədidə turizm”, “Ağcabədi şəhidləri” başlıqlı foto-stendlər və “Nurlu ideyaları yaşayan insan”, “Yaddan çıxmaz Qarabağ”, “Nizami Gəncəvi – 875”, “Şəhid Vətən deməkdir”, “Tarix qəhrəmanlığı unutmur”, “Narkomaniyaya yox deyək”, “2017-ci il İslam Həmrəyliyi İlidir”, “Molla Pənah Vaqif - 300”, “Keçmişimizi unutmayaq”, “Yeni kitablar”, “Nağıllar aləminə səyahət”, “Səsli nağıllar” və digər mövzularda nümayiş etdirilən nəşrlər iştirakçıların marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzləşmiş kitabxana sisteminin direktor müavini Təranə Məmmədova, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və başqaları kitabsevərləri IX kitab bayramı münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.

Tədbirdə Vətənə, ümummilli lider Heydər Əliyevə, Azərbaycan Ordusuna, şəhidlərə, kitaba həsr edilmiş şeirlər səsləndirilib, uşaqların ifasında kompozisiyalar nümayiş etdirilib. “Nağıllar aləminə səyahət” adlı kompozisiya uşaqların daha çox xoşuna gəlib. Uşaqlar Nağıl nənənin danışdığı “Qırmızı papaq” nağılını böyük həvəslə dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.