REGİONLAR


Ağcabədidə müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

A+ A

Ağcabədi, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Hindarx qəsəbə uşaq musiqi məktəbində “Müstəqilliyimiz əbədidir” adlı sərgi açılıb. Mərkəzin direktoru Məhsəti Musa açılış mərasimində çıxış edərək, 25 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıb.

Mərkəzdə fəaliyyət göstərən “Rəsm”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri” və “Xalçaçılıq” kurslarının üzvlərinin əl işləri və dövlət müstəqilliyindən bəhs edən kitabların sərgisi tədbir iştirakçılarının marağına səbəb olub.

“Müstəqilliyimiz əbədidir” adlı sərgi rayonun digər yaşayış məntəqələrində də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.