REGİONLAR


Ağcabədidə ötən yeddi ayda 599 nəfər işlə təmin edilib

A+ A

Ağcabədi, 26 avqust, AZƏRTAC

Ağcabədi rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin 7 ayı ərzində mərkəzə müraciət edən 2427 nəfər iş axtarandan 599-u, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 4 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşların 133-ü tikinti, 110-u kommunal xidmət, 89-u qaz istismar sahəsində işlə təmin olunublar.

Bu dövrdə 22 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 44 nəfərə işsiz statusu verilərək müavinət ödənilib.

Hazırda rayonun 17 idarə və müəssisəsində 214 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ilin sonunadək növbəti “Əmək yarmarkası” keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.