CƏMİYYƏT


Ağcabədidə polis külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

Bakı, 8 avqust, AZƏRTAC

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.

Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib.

Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.