CƏMİYYƏT
Ağcabədidə törədilən dəhşətli cinayət hadisəsi ilə əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 25-də Ağcabədi rayonunda 1970-ci il təvəllüdlü, Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açaraq öldürməsi faktı ilə əlaqədar Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.