CƏMİYYƏT


Ağcabədidə ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni modeli barədə məlumat veriləcək

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 27-də Ağcabədi şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan tədbirdə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modeli, buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat veriləcək, müvafiq istiqamətdə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.