REGİONLAR


Ağcabədidə uşaq bağçası istifadəyə verilib

A+ A

Ağcabədi, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi şəhərində əsaslı təmir olunan 6 saylı körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək uşaqları, onların valideynlərini, bağça kollektivini körpələr evi-uşaq bağçası istifadəyə verilməsi münasibətilə təbrik edib.

Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Ağcabədi şəhərində bu gün açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Tədbir Ağcabədi şəhər incəsənət məktəbi şagirdlərinin hazırladıqları musiqi proqramı ilə davam edib.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi əsasında “Məxmər 77” MMC tərəfindən əsaslı təmir olunan 140 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.