REGİONLAR
Ağcabədidə yolların buz bağlamasının qarşısı alınır VİDEO
Ağcabədi, 9 yanvar, AZƏRTAC
Yanvarın 8-dən başlayaraq havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar olaraq Ağcabədi Rayon Yol İstismar İdarəsinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, yolların buz bağlamasının qarşısının alınması, magistral yollarda və Ağcabədi şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülür.
Yanvarın 9-da səhər tezdən idarənin texnikaları yolların qardan təmizlənməsinə səfərbər olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış çətinliklər aradan qaldırılıb. Yollara, küçə və prospektlərə duz, qum səpilib. Qartəmizləyici maşınların köməyi ilə əhalinin sıx olduğu ictimai yerlər və yollar qardan təmizlənib. İnsanların rahat gediş-gəlişi və nəqliyyatın normal hərəkəti təmin edilib.