REGİONLAR


Ağcabədidəki Heydər Əliyev Mərkəzində təşkil olunan kurslarda növbəti dərslər başlanır

A+ A

Ağcabədi, 2 oktyabr, AZƏRTAC

Ağcabədi rayonunda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Heydər Əliyev Mərkəzində həvəskar aktyorluq, bədii qiraət, xalçaçılıq, maraqlar üzrə əl işləri, rəsm, tikiş, toxuculuq kursları fəaliyyət göstərir. Kursların məqsədi gənclərin fəallığının artırılmasına, onların maraqlarına uyğun bilik və peşə qazanmalarına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olmaqdır.

AZƏRTAC xəbər verir ki, yeni tədris ilində Mərkəzdə kursların fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa kursun yeni iştirakçılarına qaydalar haqqında məlumat verib.

Sonra müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Mərkəzdə növbəti dərslər oktyabrın 3-dən başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.