REGİONLAR


Ağcabədinin daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Ağcabədi rayonunun Qiyaməddinli kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 364 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 837 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 21 min 911 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Qaravəlli kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.