REGİONLAR


Ağcabədinin daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Ağcabədi rayonunun Gələbədin kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, 269 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 334 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Hazırda rayonunun Qiyaməddinli və Qaravəlli kəndlərinə qaz xətlərinin çəkilişi işləri davam etdirilir. Yaxın günlərdə həmin yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.