CƏMİYYƏT
Ağcaqayın ağacının şirəsi
Bakı, 30 mart, AZƏRTAC
Martın axırları-aprelin əvvəlləri qönçələr açılmağa başlayanda ağcaqayın ağacından şirə çəkməyin ən yaxşı vaxtı hesab edilir. AZƏRTAC xəbər verir ki, ağacın budağına su yeriyəndə çəkilən şirə uzun illərdən bəri slavyan xalq təbabətində ən xeyirli içki kimi qəbul edilir.
Ağac kök hissəsindən 1 metrdən hündür olmayan gövdəsi çərtilərək rezin və ya kapron borunun bir ucu həmin nahiyəyə, digər ucu axan şirəni yığmaq üçün butulkaya qoyulur. Bir qədər yaşlı ağacın seçilməsi daha yaxşıdır, 25-30 yaşı olan ağacdan təxminən 5-7 litrə qədər şirə axır. Ağcaqayın şirəsi tam canlı sudur və tərkibi vitamin və fermentlərlə zəngindir, onun təzə halda içilməsi həzm prosesini yaxşılaşdırır, mədə xorası, ödemlər və qastrit zamanı faydalı təsir göstərir. İçilməmiş şirənin xarab olmaması üçün onu soyuducuda saxlamaq lazımdır.
Ağcaqayın qönçələrindən dəmlənilən çay orqanizm üçün əhəmiyyətli qida maddələri ilə zəngindir və tərkibində efir yağı var. Soyuducuda dondurulmuş şirədən bir hissə də çayın içərisinə atmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]