CƏMİYYƏT
“Ağciyər xərçəngi” kitabı nəşr olunub
Bakı, 11 fevral, AZƏRTAC
Akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ağciyər xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, eləcə də bu sahənin tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə əsasında hazırlanan “Ağciyər xərçəngi” kitabı nəşr olunub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, kitab ağciyər xərçənginə dair orijinal vəsait olub, maraqla oxunur və müasir tələblərə tam cavab verir. Burada ağciyərlərin klinik anatomiyası, ağciyər xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, bu xəstəliyi olan pasiyentlərə palliativ yardım məsələləri geniş işıqlandırılıb.