CƏMİYYƏT


Ağdam, Xocavənd və Salyan rayonlarında 15 partlamamış sursat aşkarlanıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri oktyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, 3 əkin sahəsində və qoruq ərazisində üç təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı Ağdam rayonunun Əhmədağalı kəndində bir partlamamış “F1” əl qumbarası aşkarlanaraq götürülüb. Xocavənd rayonunda 1 təhlükəli əraziyə baxış zamanı bir partlamamış hərbi sursat - 152 millimetrlik top mərmisi (OF-530) aşkar edilərək götürülüb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan rayonundakı Şirvan Milli Parkında 13 partlamamış hərbi sursat - hər biri bir ədəd olmaqla 100 millimetrlik “BR-412” və “PBR-412”, 57 millimetrlik “O-271”, 85 millimetrlik “O-365”, 45 millimetrlik “BR-243”, eləcə də iki ədəd 100 millimetrlik “OF-412”, 5 ədəd 37 millimetrlik “OR-167” tor mərmiləri və “PQ” raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Ümumilikdə agentliyin əməkdaşları tərəfindən 14 min kvadratmetr ərazi yoxlanılıb.

Aprelin 7-dən oktyabrın 4-də agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə və bir çınqıl karxanasına baxış olub.

Nəticədə 3528 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 42 mina aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.