REGİONLAR
Ağdam rayonunda 7720 hektar sahədə yazlıq səpin aparılıb
Ağdam, 12 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək 7720 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 3005 hektarı pambıq, 1002 hektarı şəkər çuğunduru, 2144 hektarı tərəvəz, 348 hektarı kartof, 9 hektarı dən üçün günəbaxan, 71 hektarı qarğıdalı, 114 hektarı bostan bitkiləri, 1027 hektarı təzə yoncadır.
Kəndli fermerlər məhsul yığımını da davam etdirirlər. Bu günədək 652 ton kartof, 1429 ton tərəvəz, 78,9 ton meyvə və giləmeyvə yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]