REGİONLAR


Ağdam rayonunda düşmənin dağıtdığı evlərin bərpası bu ay başa çatdırılacaq

A+ A

Ağdam, 11 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu ilin aprel ayında erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası və yenidən tikilməsi işləri davam etdirilir. Bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tamamilə dağılmış 8 evdən 7-də hörgü, beton, dam örtüyü, suvaq, elektrik işləri başa çatıb. Hazırda bu evlərdə döşəmə və tavan vurulur, malyar işləri görülür. Bir evdə isə dam örtüyü vurulur. Bərpa olunan evlərin 13-də işlər başa çatıb, 2-də suvaq işləri görülür. 26 evdə təmir işləri aparılıb. Qismən zərər dəymiş 150 evdə dəyən ziyan aradan qaldırılıb.

Bərpa, təmir və tikinti işlərinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.