CƏMİYYƏT


Ağdam rayonunda fermada “Qrad” raketinin motoru aşkar edilib

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən Ağdam rayonunun Əfətli kəndində fermaya baxış keçiriblər. Baxış zamanı partlamış “Qrad” raketinin motor hissəsi aşkarlanaraq götürülüb. Nəticədə 4,3 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyunun 6-dək, ümumilikdə, 5665 partlamamış hərbi sursat, tank əleyhinə 182 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 3 milyon 761 min 967 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.