REGİONLAR


Ağdamda 36 min 196 ton taxıl yığılıb

Ağdam, 17 iyul, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda taxıl biçini başa çatıb.

Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-a bildirib ki, 9770 hektar sahədə biçin aparılaraq, 36 min 196 ton məhsul əldə edilib. İstehsal olunan taxılın 28 min 856 tonu buğda, 7 min 340 tonu arpadır. Taxılın hər hektarında məhsuldarlıq orta hesabla 37 sentner, o cümlədən buğdanın məhsuldarlığı 38,7 sentner, arpanın məhsuldarlığı 31,8 sentnerdir. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 6 sentner, arpanın məhsuldarlığı 1,8 sentner çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.