REGİONLAR


Ağdamda 658 hektar sahədə təkrar əkin aparılıb

A+ A

Ağdam, 2 sentyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 390 hektar sahədən 2690 ton qarğıdalı, 23 hektar sahədən 50 ton günəbaxan, 1610 ton sahədən 31 min 620 ton tərəvəz, 215 hektar sahədən 4620 ton bostan məhsulları, həmçinin 783 ton meyvə, 87 ton üzüm yığıblar. Hər hektarın orta məhsuldarlığı qarğıdalı üzrə 69 sentner, günəbaxan üzrə 21,7 sentner, tərəvəz üzrə 196,4 sentner, bostan məhsulları üzrə 214,9 sentnerdir.

Taxıl biçini başa çatdıqdan sonra 658 hektar sahədə təkrar əkin aparılıb, payızlıq bitkilərin əkilməsi üçün 7586 hektar sahə şumlanıb. Təkrar əkinlər keçən ilkindən 2,4 dəfə, payızlıq şum isə 86,5 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.