REGİONLAR


Ağdamda 7060 hektar sahədə yazlıq səpin həyata keçirilib

Ağdam, 12 may, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-a bildirib ki, 7060 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 3005 hektarı pambıq, 348 hektarı kartof, 1789 hektarı tərəvəz, 721 hektarı şəkər çuğunduru, 1027 hektarı təzə yonca, 71 hektarı qarğıdalı, 9 hektarı dən üçün günəbaxan, 90 hektarı bostan bitkiləridir.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.