REGİONLAR


Ağdamda 832 nəfərin məşğulluğu təmin edilib

A+ A

Ağdam, 1 avqust, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində cari ilin altı ayında Ağdam rayonunda 832 yeni iş yeri yaradılıb ki, onun da 341-i daimidir.

Ağdam rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, daimi iş yerlərinin 4-ü yeni yaradılmış müəssisə və təşkilatlardadır, 337-si isə fiziki şəxslər tərəfindən açılıb.

Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən 2016-cı il iyulun 1-dək olan dövr ərzində rayonda ümumilikdə 2034-ü daimi olmaqla 4266 yeni iş yeri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.