REGİONLAR


Ağdamda Bayraq Muzeyinin inşasında son tamamlama işləri görülür

A+ A

Ağdam, 5 sentyabr, AZƏRTAC

Ağdam rayonunun girişində - Bayraq Meydanının yaxınlığındakı parkda inşa edilən Bayraq Muzeyində son tamamlama işləri görülür.

AZƏRTAC xəbər verir ki, müasir memarlıq üslubunda tikilən binanın sahəsi 320 kvadratmetrdir. Muzey binası foye, ekspozisiya zalı, inzibati otaqlardan ibarətdir.

Burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, gerblər və sair sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına geniş imkan yaradacaq.

Bayraq Muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.