REGİONLAR


Ağdamda Heydər Əliyev Mərkəzinin inşası başa çatıb

A+ A

Ağdam, 15 avqust, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin inşası başa çatıb.

AZƏRTAC xəbər verir ki, müasir və klassik memarlıq elementlərini özündə birləşdirən binanın ümumi sahəsi 937 kvadratmetrdir. Mərkəzdə akt, iclas və nikah mərasimi zalları, kompyuter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltəraşlıq və xalçaçılıq qalereyası, inzibati otaqlar, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün 3D formatında kinoteatr və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. Hazırda Mərkəzdə mebel və digər avadanlıqlar quraşdırılır.

Heydər Əliyev Mərkəzinin həyətində açıq səma altında səhnə, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.