REGİONLAR


Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub

A+ A

Ağdam, 9 oktyabr, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan subartezian quyusunun və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adını daşıyan bulağın açılışı olub.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin Ağdam rayonunda həyata keçirdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Milli Məclisin deputatı Flora Qasımova həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xatirəsinə göstərilən ehtirama görə İctimai Birliyinin rəhbərliyinə təşəkkür edib.

Tədbirdə bildirilib ki, İctimai Birlik tərəfindən rayonun kəndlərində subartezian quyularının qazılması, bulaqların tikilməsi və digər bu kimi sosial tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.