REGİONLAR


Ağdamda bu günədək 21 min tondan çox taxıl tədarük edilib

Ağdam, 5 iyul, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, taxıl istehsalçıları 9770 hektar sahənin 59,2 faizində biçini aparıb, 21 min 186 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 36,6 sentner təşkil edir.

Bundan başqa, bu günədək 348 hektar kartof sahəsindən 5860 ton, 701 hektar tərəvəz sahəsindən 13 min 656 ton məhsul toplanılıb. Hər hektarın məhsuldarlığı kartof sahələrində 168,4 sentner, tərəvəz sahələrində isə 194,8 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.