REGİONLAR


Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

A+ A

Ağdam, 24 oktyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 9 ayında təsərrüfatlarda 40 min 252 baş iribuynuzlu mal-qara, 104 min 544 baş qoyun və keçi olub. Keçən illə müqayisədə iribuynuzlu heyvanların sayı 1,7 faiz, qoyun və keçilərin sayı 0,2 faiz artıb.

Bu dövrdə 3093 ton ət, 25 min 313 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,8 faiz, süd istehsalı 1,4 faiz, yun istehsalı 0,5 faiz çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.