REGİONLAR
Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağdam, 3 fevral, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə təsərrüfatlarda 39 min 762 baş iribuynuzlu mal-qara, 105 min 611 baş qoyun və keçi, 329 baş at, 229 min 785 ev quşu, 367 arı ailəsi olub. Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qara 1,8 faiz, o cümlədən inək və camışlar 2 faiz, qoyun və keçilər müvafiq olaraq 0,3 və 8,2 faiz, quşların sayı 6 faiz çoxalıb.
Ötən il rayonda 4086,4 ton ət, 33 min 312 ton süd, 156,3 ton yun istehsal edilib. 2014-cü ilə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 2,3 faiz, yun istehsalı 0,2 faiz artıb.