REGİONLAR


Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

A+ A

Ağdam, 17 sentyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda məhsul istehsalı artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 8 ayında təsərrüfatlarda 40 min 125 baş iribuynuzlu mal-qara, 105 min 257 baş qoyun-keçi olub. Bu dövrdə 2796 ton ət, 22 min 533 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə  ət istehsalı 2,6 faiz, süd istehsalı 2,4 faiz, yun istehsalı 0,5 faiz çox olub. Ət istehsalının 98,8 faizi, süd istehsalının 98,3 faizi, yun istehsalının 94,8 faizi fərdi sahıbkarlar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.