CƏMİYYƏT


Ağdamda iki partlamış minaatan mərmisinin qalıqları aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Ağdam rayonunun Orta Qərvənd kəndində bir əkin sahəsinə baxış keçiriblər. Baxış zamanı iki partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb. Nəticədə 5 min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyulun 18-dək 5790 partlamamış hərbi sursat, tank əleyhinə 194 və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 693 min 592 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.